“İmpakt faktorlu jurnalların seçilməsi yolları və onlarda məqalələrin çap olunması” mövzusunda məruzə dinlənilib Fevral 23, 2015 | 05:45 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında impakt faktorlu jurnalların seçilməsi yolları və onlarda məqalələrin çap olunması haqqında məruzə ilə çıxış edən texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev bildirdi ki, impakt faktorlu jurnalların tapılması üçün ən yaxşı mənbə thomsonreuters.com saytıdır. Lakin sayta giriş icazəli olduğundan oradan informasiyanın əldə olunması mümkün deyil.

İmpakt faktorlu jurnalların 5 illik dinamikasını əyani olaraq nümayiş etdirən məruzəçi citefactor.org saytında istənilən jurnal haqqında məlumatların əldə olunmasının mümkünlüyünü vurğuladı.

O, “Thomson Reuters”in impakt faktorlu jurnalların 2013-cü ili əhatə edən sonuncu siyahısını təqdim edərək yeni siyahının cari ilin iyun ayında elan olunacağını diqqətə çatdırdı.

Məruzəçi həmçinin 20 ən nüfuzlu jurnalın siyahısını nümayiş etdirərək citefactor.org saytını jurnalların impakt faktorlu olub-olmamasının aydınlaşdırılması üçün ən etibarlı açıq mənbə kimi qiymətləndirdi.

R.Alıquliyevin sözlərinə görə, “Google”-da elektron poçt hesabı olan hər bir şəxs “Google Scholar”dan istifadə hüququna malikdir. “Google Scholar” qiymətləndirmə aparmaqla yanaşı, elmi məqalələrin tapılması üçün ən yaxşı vasitədir. Digər saytlardan fərqli olaraq “Google Scholar” yeni çap olunmuş məqaləni qısa müddətdə tapır.

“Google Scholar”ın üstünlüklərindən danışan alim bu xidmətdən istifadə etmək üçün maddi vəsaitin və qeydiyyatdan keçməyin tələb olunmadığını dilə gətirdi.  

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı