“Ağıllı” lampalar elektrik enerjisi kəsildikdə belə yanmağa davam edəcək Dekabr 23, 2013 | 10:58 / Texnoloji yeniliklər

“Smartcharge” adlı yeni cihaz Grid & Switch Sensor texnologiyasını tətbiq etməklə hazırlanıb. O, elektrik verilməsinin hansı səbəbdən – istifadəçinin söndürməsi və ya elektrik şəbəkəsindəki qəza ilə əlaqədar – dayandırıldığını təyin etmək qabiliyyətinə malikdir. 

computerra.ru saytının məlumatına görə, SmartCharge-ın hazırlanmasında əsas məqsəd elektrik enerjisinin verilməsində nasazlıq yarandığı zaman mənzillərin mərkəzi şəbəkələr vasitəsilə işıqlandırılmasıdır. 

Yeni lampalar elektron idarəetmə sxemi və litium-ion akkumulyator batareyasının köməyilə tam avtonom rejimdə işləmək qabiliyyətinə malikdir. Avtonom müddət isə təxminən dörd saat davam edir. 

Yeni lampaların 2014-cü ilin aprel ayında satışa çıxarılacağı gözlənilir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı