Avtomobillər əlavə reallıq texnologiyasının köməyilə “şəffaflaşacaq” Fevral 18, 2015 | 01:44 / Maraqlı məlumatlar

BMW şirkəti öz avtomobillərini gözəgörünməz edəcək 

Bir zamanlar, əsasən də Hollivud filmlərində fantastika kimi görünən innovativ ideyalarla zəngin kadrlar elmi-texniki tərəqqi sayəsində artıq reallığa çevrilməkdədir. Keçmişə səyahət, insanın fikirlərinin oxunması, xəyallar aləminə baş vurmaq, gözəgörünməz əşyalar, avtomobillər və s. kimi imkanların yaradılması bugünkü gündə Silikon vadisində çalışan beyin mərkəzlərinin, müxtəlif şirkətlərin elmi-tədqiqat laboratoriyalarının əsas hədəflərindəndir.

Alimlərin qarşıya qoyduqları belə hədəflərdən biri də əlavə reallıq eynəklərinin yaradılması və tətbiqidir. Məlum olduğu kimi, əlavə reallıq eynəyi bu gün mükəmməl imkanlara malik innovasiyalardan biridir. 

BMW şirkəti əlavə reallıq eynəyinin köməyilə avtomobil sürücülərini rentgendəki kimi görmə imkanı ilə təchiz etmək niyyətindədir. Lakin bu imkandan qəhrəmanlıq göstərmək üçün istifadə edən superqəhrəmanlardan fərqli olaraq sürücülər bundan avtomobili park edərkən və yolda istənilən gözlənilməz vəziyyət yaranarsa istifadə edə bilərlər. Hazırda əlavə reallıq sistemi şirkətin Silikon vadisindəki elmi-tədqiqat laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanır. Bu texnologiya ilk dəfə geniş ictimaiyyətə bu ilin aprel ayında Şanxayda keçiriləcək avtomobil sərgisində təqdim olunacaq.

Elm və texnikanın ən son nailiyyətlərinin tətbiq olunacağı eynəklərin funksiyaları sürücülərə avtomobilin banını sanki şəffaf şəkildə görmək imkanı verəcək. Hərəkət zamanı eynəklər avtomobilin bütün sistemləri ilə birgə “sıx” şəkildə işləyəcək ki, bu da avtomobilin arxa hissəsini avtomatik olaraq “gözəgörünməz” etməyə imkan verəcək. Sürücünün gözləri önünə ötürüləcək təsvir avtomobilin hər bir tərəfindən quraşdırılmış xarici kameralardan əldə edilmiş təsvirlərdən sintez olunacaq və yaradılan imkanlar təkcə park etmə deyil, həm də digər bir sıra mürəkkəb manevrlər zamanı çox faydalı olacaq.

www.dailytechinfo.org saytının məlumatına görə,  texnologiya şirkətin “Augmented Reality: The Extension Of Reality” proqramı çərçivəsində yaradılır. BMW-nin əlavə reallıq sistemindən təkcə avtomobilin idarəsi zamanı deyil, başqa məqsədlərlə də istifadə oluna bilər. Məsələn, eynəklərin avtomobilin informasiya sistemi və ya mobil telefonla əlaqəliyi eynəyə insanı maraqlandıran istənilən informasiyanın şəbəkədən əldə olunması və əks etdirilməsi imkanını verəcək.   

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı