Azərbaycanın İKT sektorunda ötən ay ərzində 134 milyon manat məbləğində xidmət göstərilib Fevral 17, 2015 | 02:58 / Maraqlı məlumatlar

Azərbaycanın informasiya və rabitə sektorunda cari ilin yanvar ayında təsərrüfat subyektlərinə və əhaliyə 133,6 milyon manat məbləğində xidmət göstərilib.

ictnews” xəbər xidmətinin məlumatına əsasən, göstərilən xidmətlərin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz artıb.

Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2 faiz təşkil edib.

Hesabat dövründə əldə olunmuş gəlirlərin ümumi həcminin 52,5 faizi mobil rabitə xidmətlərinin payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 3,5 faiz artaraq 70,2 milyon manata çatıb.

2014-cü il ərzində təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manat məbləğində xidmət göstərilib ki, bunun da 56,5 faizi mobil rabitə xidmətlərinin payına düşüb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı