Görmə qabiliyyəti məhdud insanlar üçün ilk online-kinoteatr istifadəyə verilib Fevral 16, 2015 | 11:43 / Texnoloji yeniliklər

Rusiyada görmə qabiliyyəti məhdud insanlar üçün ilk online-kinoteatr istifadəyə verilib. Tifloşərhlərə əsaslanan online-kinoteatr “İşıq” görmə əngəllilər ictimai təşkilatının saytında yerləşdirilib və filmləri tifloşərhlərlə izləməyə imkan verir.

“Kinoda tifloşərh - əlavə səslə müşayiət olunan videosıradır. Tifloşərhlər ekranda baş verənlərin maksimal dərəcədə izah olunmasına imkan verən müəyyən olunmuş ciddi qaydalar üzrə tərtib edilir və iştirakçıların dialoqları arasındakı fasilələrdə peşəkar diktor tərəfindən səsləndirilir”, - deyə layihəni həyata keçirən “Sosial Texnologiyalar İstixanası”nın nümayəndələri bildiriblər.

cnews.ru saytının məlumatına əsasən, online-kinoteatrda təqdim olunan filmlər üçün tifloşərhlərin hazırlanması ilə “İşıq” təşkilatı məşğul olur. Moskvada yerləşən təşkilatın binasında cəmiyyətin üzvlərinin bu kimi filmləri izləyə bilmələri üçün kinozal fəaliyyət göstərir.

Layihə müəlliflərinin sözlərinə görə, online-kinoteatr AAA səviyyəsinə - müxtəlif məhdudiyyətli insanlar üçün veb-kontentin (Web Content Accessibility Guidelines, WCAG) yaradılması üzrə əlçatanlığın ən yüksək standartına uyğundur.

Online-kinoteatra daxil olmaq üçün istifadəçi qeydiyyatdan keçməlidir. Qeydiyyatı “İşıq” təşkilatı və onun saytında həyata keçirmək mümkündür. Bunun üçün yaşayış məntəqəsi, sosial status və onu təsdiq edən sənədin nömrəsini göstərmək tələb olunur.

İstifadəçi şifrəni əldə etdikdən və saytda müvafiq bölməyə daxil olduqdan sonra izləmək üçün film seçə bilər. Online-kinoteatrda beş film təqdim olunub - “Deribasovskidə yaxşı hava”, “Nastya”, “Pasport”, “Visbadenə səfər” və “Fransız”.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı