“Facebook” kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün sosial şəbəkə istifadəyə verir Fevral 12, 2015 | 12:00 / Maraqlı məlumatlar

“Facebook kibertəhlükəsizlik sahəsində çalışan peşəkarlar üçün “ThreatExchange” sosial şəbəkəsini istifadəyə verir.

Gazeta.ru saytının məlumatına görə, şəbəkə istifadəçilərin kiberhücumlara səbəb ola biləcək təhlükələr haqqında məlumatları bölüşmələri üçün təklif olunan platformadır.

Facebook “Yahoo” və “Pinterest” kimi bir çox texnologiya şirkəti ilə əməkdaşlıq edərək, bu sahədə fəaliyyətini gücləndirir.

Şirkət nümayəndəsi Mark Hemmel bildirib ki, ThreatExchange platforması şirkət daxilində real vaxt rejimində təhlükələrin kataloqlaşdırılmasını sadələşdirmək üçün istifadə olunan sistem əsasında hazırlanıb.

Qeyd edək ki, yeni layihənin istifadəyə verilməsi Facebookun öz fəaliyyətini genişləndirməyə çalışdığı bir dövrə təsadüf edir. Şirkət bundan əvvəl  peşəkarlar üçün Facebook at Work proqramı və saytını hazırlamışdır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı