İnformasiya təhlükəsizliyi və biometrik texnologiyalar üzrə metod və alqoritmlər işləniləcək Fevral 11, 2015 | 04:00 / Konfranslar, iclaslar

Bu fikirləri texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev institutun 2 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı səsləndirib. Bildirib ki, il ərzində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və bu sahədə təşkilatlararası koordinasiya və e-dövlət infrastrukturunda kiberhücumların yayılması modellərinin işlənməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, şöbədə bulud hesablama sistemlərinin informasiya təhlükəsizliyi problemləri tədqiq olunacaq, kompüter şəbəkələrinin intellektual monitorinqi sistemi üçün arxitektura və müvafiq metodlar işləniləcək­­.

2007-ci ildən biometrik texnologiyaların müxtəlif sahələri üzrə elmi-tədqiqatların aparıldığını qeyd edən Y.İmamverdiyev 2015-ci ildə də bu istiqamətdə araşdırmaların davam etdiriləcəyini vurğulayıb.

O, şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək bildirib ki, cari ildə AzScienceCERT-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlər həyata keçiriləcək. Həmçinin səsə görə şəxsin biometrik tanınması üçün robast yanaşmaların işlənməsi və qrant layihələrin yerinə yetirilməsi üzrə işlərin aparılması planlaşdırılır.

Y.İmamverdiyev 2015-ci ildə şöbə əməkdaşları tərəfindən tanınmış elmi jurnallarda bir sıra məqalələrin nəşr olunmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

Sonda ətraflı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı