Daxili klaviatura ilə qorunan fləş kartlar təqdim olunub Fevral 09, 2015 | 12:00 / Texnoloji yeniliklər

Yaponiyanın “Toshiba” şirkəti Toshiba Encrypted USB Flash Drive fləş-daşıyıcılarının satışa çıxarılması haqqında məlumat verib.

hitech.newsru.com saytının məlumatına görə, Encrypted USB Flash Drive qurğuları adi fləş kartlardan rəqəmli klaviatura ilə təchiz edilməsilə fərqlənir. Fləş-daşıyıcı sahibi rəqəmli klaviatura vasitəsilə xüsusi şifrə daxil edərək, kənar şəxsin qurğudan istifadə etməsinin qarşısını alır. Quraşdırılmış uzunömürlü batareyalar isə fləş kartı USB-konnektora qoşmazdan əvvəl şifrəni daxil etməyə imkan verir.

Əvvəlcədən təyin edilmiş şifrə 10 dəfə yanlış daxil edildiyi halda, daşıyıcıda olan bütün informasiya silinir.

Qeyd edək ki, 4 Gb yaddaşlı fləş kartın dəyəri 60 ABŞ dolları, 32 Gb yaddaşlı qurğunun dəyəri  isə 180 ABŞ dolları təşkil edir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı