“Swatch” yaxın zamanda “Apple Watch”a rəqib istehsal etmək niyyətindədir Fevral 06, 2015 | 02:49 / Maraqlı məlumatlar

Dünyada ən böyük saat istehsalçısı “Swatch Group AG” daşınan elektronika bazarına yeni məhsul çıxarmağı planlaşdırır. İsveçrə şirkətinin yeni məhsulunun Apple Watch “ağıllı” saatlarına rəqib olacağı gözlənilir.

“Şirkət özünün bütün ticarət məhsullarında innovasiya texnologiyalarını tətbiq etmək niyyətindədir” – deyə bildirən “Swatch” şirkətinin icraçı direktoru Nik Hayek “ağıllı” saatların istehsalına yaxın 2-3 ay ərzində başlanılacağını söyləyib.

3dnews.ru xəbər xidmətinin məlumatına əsasən, yeni qadjet Windows və Android əsasında işləyən portativ qurğular ilə uyğun olacaq.

Citigroup analitiklərinin proqnozlarına görə, 2018-ci ildə kompüterləşmiş saat satışı 10 milyard ABŞ dollarına çatacaq və bu qurğuların alıcılarının yarısı ənənəvi qol saatlarından imtina edəcəklər.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı