İnternetin inkişafı üzrə lider ölkələr Fevral 06, 2015 | 12:02 / Maraqlı məlumatlar

“World Wide Web Foundation” beynəlxalq təşkilatı 2014-cü il üzrə İnternetin inkişaf reytinqini dərc edib. Reytinq İnternetin inkişaf indeksi üzrə sıralanmış dünya ölkələrinin siyahısını əhatə edir. Danimarka Qlobal Şəbəkənin inkişaf səviyyəsi üzrə lider olub.

İnternetin inkişaf indeksi 2012-ci ildə Tim Berners Linin rəhbərliyi altında “World Wide Web Foundation” təşkilatı tərəfindən hazırlanıb. O, “HTTP” protokolu, “HTML” hipermətn dili və “URI” identifikatorları daxil olmaqla “Ümumdünya hörümçək toru” konsepsiyasının yaradıcısıdır.

Tədqiqatın müəllifləri hesab edirlər ki, İnternetin inkişaf səviyyəsi hazırda ictimai inkişafın vacib göstəricisidir.

İndeks İnternetin inkişaf səviyyəsini və cəmiyyətə təsirini 4 parametr (nüfuzetmə, açıqlıq, kontentin keyfiyyəti, hüquq və imkanlar) üzrə ölçür.

Ictnews.az xəbər xidmətinin məlumatına görə, indeksin qiymətləndirmə hissəsi Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Dünya İqtisadi Forumu, “Wikimedia” Fondu və başqa bu kimi beynəlxalq təşkilatların statistik məlumatlarına əsaslanır. Yekun hesabatda göstəricilər vahid “Web Index” üzrə hesablanır. Reytinqdə 86 dövlət yer alıb.

2014-cü ildə İnternetin inkişaf səviyyəsi və cəmiyyətə təsiri üzrə reytinqdə Danimarka lider olub. Bu Skandinaviya ölkəsi keçirilmiş tədqiqatın bütün aspektləri üzrə ən güclü göstəricilərə malikdir. İlk onluq aşağıdakı kimidir: Finlandiya, Norveç, Böyük Britaniya, İsveç, ABŞ, İslandiya, Cənubi Koreya, Niderland və Belçika. Türkiyə 38-ci pillədə qərarlaşıb. Reytinqdə sonuncu pilləni Efiopiya tutub.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı