Serverlər bazarında artım gözlənilir Fevral 07, 2014 | 09:54 / Texnoloji yeniliklər

Dünya iqtisadiyyatında müşahidə olunan zəiflik və qiymətlərin düşməsi serverlər bazarına da təsirsiz ötüşməmiş, son iki ildə onların satış həcmi azalmışdır. “IC Insights” şirkətinin analitikləri xəbər verirlər ki, 2014-cü ildən başlayaraq bu bazarda bərpa müşahidə olunacaq: cari illə müqayisədə server avadanlığının satışlarından əldə olunan gəlir təxminən 3% artaraq, 53 milyard dollardan 54,6 milyarda çatacaq. 

dailycomm.ru saytının məlumatına görə, növbəti iki ildə isə daha çox irəliləyiş gözlənilir - satışlar 56,7 və ya 58,7 milyard dollara qədər arta bilər. Sonra, yenidən iqtisadi geriləmə ilə əlaqədar olaraq, göstəricilər 57,5 milyarda kimi enəcək. Bütovlükdə 2012-ci ildən 2017-ci ilə qədər olan dövrdə server (CAGR) satışlarının orta illik artım sürətinin səviyyəsi yalnız 1,5% təşkil edəcək. 

Server sistemlərinin təchizatına gəlincə, bu il onların həcmi ötən illə müqayisədə 8,7 milyon ədəddən 9 milyona, 2014-cü ildə isə 9,8 milyona çatacaq. Tədqiqatda göstərilən qrafikə əsasən, daha üç il sonra bu göstəricinin 11,8 milyon olacağı gözlənilir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı