“Wi-Fi”la idarə olunan ilk qəhvə aparatı sifariş üçün əlçatan olub Fevral 05, 2015 | 02:44 / Texnoloji yeniliklər

Smartfondan “Wi-Fi” modulu üzrə idarə olunan ilk qəhvə aparatı üçün sifarişlər əlçatan olub. Bu qurğunun istehsalçısı olan “Smarter” şirkəti, həmçinin “iKettle” “ağıllı” çaynikini istehsal edib.

Qurğunu Britaniyanın “Firebox” İnternet mağazasının saytından 150 funt-sterlinq ödəməklə sifariş etmək olar.

“ICTnews” elektron xəbər xidməti bildirir ki, qurğunu idarə etmək üçün “Android” və “iOS” əməliyyat sistemli smartfonların sahibləri xüsusi mobil tətbiq quraşdırmalıdır. Tətbiq hazırlanan qəhvənin tündlüyünü və ya lazımi fincanların sayını (bir dəfəyə 12 fincan qəhvə hazırlamaq olar) tənzimləməyə imkan verir.

Qəhvə aparatının prototipi cari ilin yanvarında Las-Veqasda keçirilən “CES-2015” texnologiya sərgisində nümayiş etdirilib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı