Selfi-video xəstəliklərdən xəbər verəcək Fevral 03, 2015 | 10:00 / Maraqlı məlumatlar

Sosial şəbəkələrdə yerləşdirilmiş video xəstəliklərin diaqnostikasında mühüm rol oynayacaq. ABŞ-ın Roçester Universitetinin alimləri selfi-videonu analiz edən kompüter əlavəsi yaradıblar. Proqram insanın sağlamlıq baxımından hansı vəziyyətdə olduğunu birbaşa videogörüntüdən müəyyən etməyə imkan verir, istifadəçinin sosial şəbəkələrdəki fəallığını izləyərək fon rejimində işləyir və digər məlumatlardan istifadə etmir.

meddaily.ru saytının bildirdiyinə görə, öz əhvalın haqqında məlumat vermək, əlavə informasiya daxil etmək və sensor gəzdirmək isə lazım deyil. Hər şey çox sadə və dəqiqdir. Məsələn, videoda təkcə alın nahiyəsinin rənginin dəyişməsinə görə  proqram ürək döyüntüsünün tezliyini təyin edə bilib. Proqram həm də insanın gözünü qırpma tezliyini, bəbəyin radiusunu və insanın başı ilə etdiyi hərəkətlərin sayını  nəzərə alır .

Bununla belə proqram insanın Twitter-də nə yazdığını, oxuduğunu, səhifələri çevirmə tezliyini, hətta siçanın düymələrini neçə dəfə basdığını tədqiq edir. Bütün bu göstəricilər isə insanın psixi və fiziki vəziyyətindən xəbər verir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı