Doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başa çatıb Fevral 03, 2015 | 10:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başa çatıb.

Xatırladaq ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir.

Bu sessiyada 228-i doktorant, 293-ü isə dissertant olmaqla, ümumilikdə 521 elmi tədqiqatçı imtahan verib. İmtahanlarda AMEA-nın elmi müəssisələrindən 182 nəfər, digər  elmi müəssisələrdən 339 nəfər iştirak edib.

Yanvar ayının 30-u başa çatmış imtahanlarda 136 nəfər əla, 202 nəfər yaxşı, digərləri isə kafi və qeyri- kafi nəticə göstəriblər.

Qeyd edək ki, AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı