Təhsil proseslərinin informasiyalaşdırılması problemləri üzrə araşdırmalar davam etdiriləcək Yanvar 29, 2015 | 03:50 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub. TİM-in rəhbəri Rəsmiyyə Mahmudova cari ildə mərkəzdə  yerinə yetiriləcək elmi-tədqiqat işlərini diqqətə çatdırıb. O, şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi mövzusunda aparılan elmi araşdırmaların yekunlaşdırılmasının nəzərdə tutulduğunu, təhsil proseslərinin informasiyalaşdırılması problemləri istiqamətində bir sıra mövzular üzrə araşdırmaların davam etdiriləcəyini qeyd edib.

TİM-in rəhbəri respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulunun mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edərək cari ildə bu istiqamətdə görüləcək işləri diqqətə çatdırıb. Naxçıvan MR-da və Gəncə bölgəsində yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlara distant tədrisin həyata keçiriləcəyini qeyd edib. Eyni zamanda, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-nin müxtəlif istiqamətləri üzrə innovativ kursların təşkili ilə bağlı işlərin davam etdiriləcəyini vurğulayıb. Bildirib ki, TİM-in nəzdində yaradılmış Viki-Mərkəzin fəaliyyəti cari ildə daha da gücləndiriləcək.

R.Mahmudova mərkəzin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edərək hər il olduğu kimi, cari ildə də ali məktəb tələbələri arasında informatika üzrə olimpiadanın keçirilməsi işinin təşkili, Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılması ilə əlaqədar tədbirlərin həyata keçiriləcəyi haqqında məlumat verib.

O, müxtəlif təyinatlı elmi nəşrlərin hazırlanması istiqamətində görülən işlərdən danışaraq bu il “Elmi informatika” kitabının nəşrinin planlaşdırıldığını qeyd edib.

Mərkəzin rəhbəri həmçinin elmi araşdırmaların nəticələrinin AAK tərəfindən tövsiyə edilmiş elmi jurnallarda nəşri, əməkdaşların respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakı ilə əlaqədar fəaliyyət planında nəzərdə tutulan işlərdən danışıb.

Sonda məruzə ətrafında müzakirə aparılıb, mərkəzin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı