3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfransda iştirak üçün 5 səbəb Yanvar 27, 2015 | 11:18 / Mühüm hadisələr

12 fevral 2015-ci il tarixdə Bakıda “Park Inn by Radisson” otelində “3D Print Conference” keçiriləcək. Konfransın sponsoru “3D Project” şirkətidir.

Qeyd edək ki, “Smile-Expo” şirkətinin təşkil etdiyi 3D-çap sərgisi Almatı (Qazaxıstan), Kiyev (Ukrayna) və Moskva (Rusiya) şəhərlərində keçirilib.

“3D Print Conference”da 3D texnologiyaların sənayedə tətbiqi, 3D-printerlərdən tibb, zərgərlik, memarlıq və digər sahələrdə istifadə, 3D texnologiyaların Azərbaycanda təhsil və elmin inkişafına təsiri kimi məsələlər müzakirə olunacaq.

Konfransda iştirak etmək üçün 5 səbəb:

  1. Bakı 3D-çapa hazırdır - Bakıda sürətlə yüksək texnologiyaların istehsalı artır, ixtisaslaşdırılmış elmi-tədqiqat mərkəzləri yaradılır və elmi fəaliyyəti stimullaşdıran təbdirlər həyata keçirilir. Konfransın əsas tətbiq dairəsi memarlıq, incəsənət, zərgərlik, tibb, kino, təhsil, nəqliyyat, yemək və əyləncədir.
  2. Beynəlxalq təcrübə. Rus, azərbaycan və ingilis dillərində keçiriləcək konfransda Rusiya, Azərbaycan, Türkiyə, Avropa və ABŞ-ı təmsil edən nümayəndələr tərəfindən müxtəlif çap texnikası nümayiş olunacaq, onların tətbiqi haqqında iştirakçılara ətraflı məlumat veriləcək və dərslər keçiriləcək.
  3. İştirakçılar - Tədbirdə iştirakçıların printerlərin iş prinsipini əyani görməsi üçün onlardan istifadəyə imkan verən demo-zona da təşkil olunacaq.
  4. Konfrans proqramı. Proqram müxtəlif ölkə bazarlarının inkişaf xüsusiyyətlərini nəzərə alaraq peşəkar heyət tərəfindən hazırlanır. Məruzəçi qismində 3D-çap üzrə beynəlxalq dərəcəli mütəxəssislər çıxış edəcəklər. Məruzəçilərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.
  5. “Çap olunmuş” Bakı.Picaso 3D” şirkəti 2014-cü ilin brendi və “3D Print Awards” üzrə Rusiyanın ən yaxşı printerlər istehsalçısıdır.  Şirkət printerdə Bakı şəhərinin maketini çap edir. Çap prosesini demozonada iştirak edənlər izləyə biləcəklər.

Tədbirdə iştirak üçün qeydiyyat və biletlər

Konfransın saytı: 3dprint.az

Əlaqə: CLIENT@3DPRINT.AZ

Tel: +7 (495) 212-11-28

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı