Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı araşdırmalar davam etdirilir Yanvar 26, 2015 | 12:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin müdiri Şakir Mehdiyev  şöbənin fəaliyyət planında cari ildə görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bu il şöbədə elmi-tədqiqat işləri çərçivəsində korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi nəzərdə tutulur. 

O, şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açaraq AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması, AMEA-nın Rəyasət Heyətinin lokal kompüter şəbəkəsinə texniki və proqram təminatı xidmətlərinin yerinə yetirilməsi, həmçinin akademiyanın institut və təşkilatlarının infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərdən danışdı. 

Bildirdi ki, AMEA RH Mərkəzi Aparatı və əsas binada konfrans və iclasların müşayiət olunması, İnternet üzərindən yayımın təmin olunması və s. tədbirlərin görülməsi bu il də fəaliyyət planına daxil edilmişdir. 

O, həmçinin şöbənin elmi-pedaqoji, elmi-praktiki fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi və s. ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırdı. 

Sonda plan layihəsinin institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı