Sahibini “tanıyan” klaviatura hazırlanıb Yanvar 26, 2015 | 09:57 / Texnoloji yeniliklər

ABŞ-ın Corciya Texnologiya İnstitutu və Çin Elmlər Akademiyasının əməkdaşları tərəfindən hazırlanmış yeni klaviatura sahibini “tanıyır” və digər istifadəçilərə kompüteri idarə etməyə icazə vermir. Qurğu sahibinin idarəetmə tərzini (sürət, düyməni sıxma gücü və s.) analiz edir.

Kənar şəxs kompüterdən istifadə etməyə çalışdıqda klaviatura tərəfindən bloka salınır.  Bu zaman daxil edilən bütün məlumatlar isə qorunub saxlanılır.

itexpert.org.ua saytının məlumatına görə, layihə müəllifləri effektivliyi hələ sübut olunmamış daxiletmə qurğusunun öz yükünü müstəqil daşımaq və avtonom rejimdə işləmək qabiliyyətinə əmindirlər. İstehsalçılar kompüterə başqa klaviaturanın qoşulma ehtimalını da nəzərə alaraq drayverlər və ya xüsusi proqramda  kompüterin bloka salınması funksiyasını əlavə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı