2020-ci ilə kimi PIN-kod və parollardan istifadənin dayandırılması gözlənilir Yanvar 23, 2015 | 04:27 / Maraqlı məlumatlar

İstifadəçilər arasında biometrik təhlükəsizliyin orta səviyyəsi 7/10 təşkil edir.

Britaniyalı gənclərin yarıdan çoxu 2020-ci ildə parol və PİN-kodlardan istifadənin dayandırılacağına əmindirlər.

securitylab.ru saytının məlumatına görə, sorğu zamanı ümumilikdə 2 min Böyük Britaniya vətəndaşının yeni identifikasiya üsullarına münasibəti öyrənilib. Sorğu iştirakçıları hesab edir ki, parol və PİN kodları biometrik göstəricilərə əsaslanan daha praktik texnologiyalar əvəzləyəcək.

Məlum olub ki, respondentlərin təxminən 76 faizi ödəmə əməliyyatları zamanı biometrik texnologiyadan istifadə etməklə “özlərini rahat hiss edirlər”. Eyni zamanda respondentlərin 69 faizi bu üsulun həyatlarını asanlaşdırdığı və zaman itikisinin qarşısını aldığı qənaətindədirlər.

Avtorizasiyanın bu metodundan istifadə zamanı təhlükəsizlik səviyyəsinin orta qiyməti 7/10 təşkil etdiyi halda, parol və PIN-kodlar 6/10 olaraq qiymətləndirilmişdir.

Şəxsiyyətini təsdiq etmək üçün üsul seçimində isə, britaniyalıların əksəriyyəti (70 faiz) barmaq izinin skan olunması üsuluna üstünlük verib. İkinci yerdə (39 faiz) göz bəbəyinin skan olunması, üçüncü yerdə isə (27 faiz) üzün tanınması üsulları dayanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı