Elmmetriya, text mining və sosial şəbəkələrin analizi problemləri istiqamətində araşdırmalar davam etdirilir Yanvar 23, 2015 | 12:51 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub. Planı təqdim edən texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi üzrə müxtəlif aktual mövzularda aparılacaq elmi-tədqiqat işlərindən söz açıb.

E-elmin formalaşması istiqamətində yerinə yetirilən araşdırmaları diqqətə çatdıran R.Alıquliyev cari ildə elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsaslarının araşdırılmasının nəzərdə tutulduğunu qeyd edib.

O, həmçinin böyük həcmli məlumatlar toplusundan (Big Data) biliklərin aşkarlanması, sosial şəbəkələrin analizi və idarə olunması, dinamiki obyektlərin identifikasiyası istiqamətləri üzrə elmi-tədqiqat işlərinin aparılacağını söyləyib.

R.Alıquliyev qeyd edib ki, cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika miqyaslı elmi konfrans və tədbirlərdə iştirakı, SCOPUS, Compendex, ACM Digital Library, IEEE Xplore, DBLP kimi nüfuzlu elmi bazalarda indeksləşən, respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısında olan jurnallarda elmi məqalələrin nəşri nəzərdə tutulur.

Şöbənin beynəlxalq əməkdaşlıq perspektivlərindən söz açan alim bildirib ki, 2015-ci ildə Avstraliya və Malayziyanın müvafiq qurumları ilə elmi əlaqələrin qurulması planlaşdırılır.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı