Fərdi kompüterlər üçün “Office 2016” təqdim olunacaq Yanvar 23, 2015 | 11:25 / Maraqlı məlumatlar

“Microsoft” şirkətinin məlumatına görə, 2015-ci ildə istismara buraxılacaq növbəti “Office” proqram paketinin əsas versiyasına “Office 2016” adı veriləcək. “Office 2016-nın cari ilin ikinci yarısında təqdim olunacağı gözlənilir” – deyə şirkətin şöbə müdiri Yuliya Uayt bildirib.

Şirkət nümayəndələri paketin yeni funksiyaları haqqında geniş məlumat verməsələr də, qeyri-rəsmi məlumatlara görə, növbəti versiya daha tünd rəngli tərtibat sxemi və “Clippy” ruhunda şəxsi köməkçiyə malik olması ilə fərqlənəcək. Həmçinin interfeysə digər dəyişikliklər əlavə olunmaqla paket funksionallığı genişləndiriləcək. Lakin Office 2016-nın iş prinsipi və ümumi görünüşü Office 2013 ilə demək olar ki, eyni olacaq.

3dnews.ru saytı bildirir ki, Windows 10 üçün sensorlu versiyanın hazırlanması “Office” proqram paketinin inkişafında mühüm addım kimi qiymətləndirilir. Word, Excel, PowerPoint, OneNote və Outlook proqramlarının yeni versiyası Microsoft əməliyyat sisteminin növbəti versiyasında əlçatan olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı