Azərbaycan prezidenti “Microsoft International” şirkətinin rəhbəri ilə görüşüb Fevral 07, 2014 | 09:21 / Mühüm hadisələr

Azərbaycanın prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb. 

www.president.az saytının məlumatına əsasən, görüşdə Azərbaycan ilə "Microsoft International" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Şirkətin ölkəmizdəki fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olunub. 

Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirilib. Həmçinin "Microsoft"un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulanıb. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı