Doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına start verildi Yanvar 14, 2015 | 10:05 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu gündən etibarən doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilməyə başlayıb. 

2014-cü ilin sentyabr ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantların hazırlıq səviyyəsindən asılı olaraq müxtəlif müddətli kurslar təşkil olunmuşdur. Sonra elmi tədqiqatçılar  üçün sınaq imtahanları keçirilmiş, burada onlara imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilmişdir. 

Qeyd edək ki, AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə keçirilir. 

Bu sessiyada ümumilikdə təxminən 500-dən çox elmi tədqiqatçının imtahan verəcəyi gözlənilir. 

İmtahanlar yanvarın 26-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı