“Google” axtarış sistemindən 345 milyon istinadın silinməsi tələb olunub Yanvar 12, 2015 | 02:42 / Maraqlı məlumatlar

2014-cü ildə hüquq sahibləri “Google” şirkətindən onların hüquqlarını pozan 345 milyondan çox istinadın axtarış indeksini silməyi tələb ediblər. Bu göstərici 2013-cü illə müqayisədə 75 faiz çoxdur.

3dnews.ru saytının məlumatına görə, Google axtarış reytinqində pirat saytların sayını azaltmaq üçün bir sıra addımlar atsa da, istinadların silinməsi üçün müraciətlərin sayı artmaqda davam edir.

2008-ci ildə şirkət onlarla sorğu qeydə aldığı halda, hazırda hər gün milyona yaxın sorğunu nəzərdən keçirir. Şirkət özü illik statistikasını dərc etməsə də, Torrent Freak bütün həftəlik və açıq hesabatları emal edərək sorğu sayının 345.169.134 olduğunu müəyyənləşdirib.

Qeyd edək ki, silinmə ilə bağlı sorğuların əksəriyyəti 4shared.com, rapidator.net və uploaded.net domenləri ilə əlaqədar olub. Google-a ən çox sorğu göndərən şirkət isə 60 milyon istinadı əhatə edən sorğu ilə “BPI” olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı