Azərbaycana daxil olan beynəlxalq İnternet trafikin həcmi 145 Gbp/s-yə çatıb Yanvar 09, 2015 | 02:26 / Mühüm hadisələr

Azərbaycanın ilk İnternet provayderi “Delta Telecom” şirkətinin statistikasına əsəsən, noyabr ayında ölkəyə daxil olan beynəlxalq internet trafikin həcmində kəskin artım müşahidə olunub.

“ICTnews” xəbər xidmətinin verdiyi məlumata görə, ölkəyə daxil olan İnternet trafikin maksimal həcmi son bir ayda 3,4 faiz artaraq 145 Gbp/s təşkil edib.

Bu, Azərbaycana cari ildə daxil olan İnternet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 48,3 faiz artıb.

Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 16,7 faiz artaraq 30 Gbp/s-yə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 40 faiz artıb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı