Voxel8 elektron qurğular çap edə bilən ilk üçölçülü printerdir Yanvar 08, 2015 | 12:24 / Texnoloji yeniliklər

Hazırda dünyada üçölçülü (3D) printerlərin plastik kütlədən kiçik detallar çap etməyə imkan verən sadə stolüstü modelləri ilə yanaşı, metaldan hazırlanmış ən mürəkkəb formaların detallarını istehsal edə bilən yüksək səviyyəli modelləri də kifayət qədərdir.

Yerdə, eləcə də digər planetlərdə tikili inşa etmək qabiliyyəti olan üçölçülü inşaat printerləri də mövcuddur, lakin bu printerlərin heç birindən tamamlanmış qurğu əldə etmək olmur.

Voxel8 plastik kütlə ilə ənənəvi çapdan əlavə, obyektin daxilində cərəyan keçirici naqillərlə birləşdirilmiş standart komponentlərdən işlək elektron sxem yarada bilən ilk üçölçülü printerdir.

dailytechinfo.org saytının məlumatına görə, qurğunu “Voxel8” və tanınmış “Autodesk” şirkətinin mütəxəssisləri  hazırlayıb. Autodesk şirkəti həm printerin konstruksiyasının hazırlanması, həm də onun elektron sxeminin paralel şəkildə yaradılması üçün istifadə olunan ixtisaslaşdırılmış Project Wire proqram təminatının müəllifidir.

Printerdə cərəyan keçirici mürəkkəb olaraq bu kimi maddələrlə müqayisədə yüksək elektrik keçiriciliyinə malik olan gümüş əsaslı xüsusi qarışıqdan istifadə olunur.

Printerin iş prosesi əvvəlcədən hazırlanmış hissələrdə standart elektron komponentlər, mikrosxemlər, tranzistorlar, rezistorlar, kondensatorlar və s.-nin əllə yerləşdirilməsi üçün dayaqlar nəzərdə tutur.

Voxel8 printerlərinin dəyəri  8499 ABŞ dolları olsa da, sifarişlərin sayı getdikcə artır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı