Regionlarda İKT təlim kursları davam edir Fevral 06, 2014 | 05:00 / Mühüm hadisələr

Müasir cəmiyyətdə informasiya-kommunikasiya texnologiyaları əsas amillərdən birinə çevrilib. Bu texnologiyaların əhatə dairəsi dövlət müəssisələri, qeyri hökümət təşkilatları və bütövlükdə cəmiyyətin həyat tərzini əhatə edir. İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə yararlanmaq, regionlarda rəqəmsal geriliyi aradan qaldırmaq üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunda məqsədyönlü işlər görülür. İnstitutun həyata keçirdiyi “Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi” layihəsi ölkədə informasiya cəmiyyəti və insan potensialının inkişafı hədəflərinə xidmət edir. 

10-22 yanvar tarixlərində Astara rayonunda orta ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri üçün İKT üzrə treninq kurslarının keçirilməsi məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev, böyük elmi işçi Gülarə Məmmədova və proqramçı Könül Daşdəmirova Astara rayonu Təhsil şöbəsinə ezam olunmuşlar. 

Layihənin məqsədi bu rayonda İKT sahəsində milli kadrların hazırlanması, mütəxəssislərin və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir informasiya texnologiyalarının öyrənilməsində potensialının artırılmasıdır. 

Təlim kursları Astara rayonu Heydər Əliyev Mərkəzində müasir kompüter və avadanlıqlarla təchiz edilmiş siniflərdə aparılmışdır. Təlimə Astara rayonu və kəndlərinin orta ümümtəhsil məktəblərinin 37 informatika və fənn müəllimləri cəlb edilmişdir. Tədris zamanı informatika fənni üzrə nəzəri və praktiki biliklər aşılanmışdır. 

Qeyd edək ki, ikinci mərhələsi başa çatmış layihənin daha bir mərhələdə keçiriləcəyi və biliklərin xüsusi test proqramı ilə sertifikatlaşdırılacağı nəzərdə tutulur. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı