İnternetə çıxış imkanına malik ən ucuz telefon Yanvar 07, 2015 | 10:00 / Maraqlı məlumatlar

“Microsoft” şirkətinin təqdim etdiyi “Nokia 215” modeli şirkətin internetə çıxmaq üçün ən ucuz mobil telefonu kimi təqdim olunub.

Bu halda, aparat yalnız “2G” şəbəkəsində işləyir, lakin “Facebook”, “Messenger”, “Twitter”, “Bing Search”, “MSN Weather” və “Opera Mini” kimi tətbiqləri dəstəkləyir və müvafiq olaraq, sosial şəbəkələrdə ünsiyyət saxlamağa və veb səhifələrə daxil olmağa imkan verir. Qurğu “Series 30+” proqram platforması ilə işləyir və rəqəmli klaviaturaya malik klassik sadə monoblok telefondur.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Nokia 215” telefonu 320x240 piksel təsvir ölçülü 2,4 düymlük ekran, 0,3 meqapiksellik kamera, daxili fənər, MP3 pleyer və FM radio ilə təchiz edilib, həmçinin simsiz “Bluetooth” interfeysini və “microSD” yaddaş kartını dəstəkləyir.

Qurğunun ölçüləri 116x50x12,9 mm, çəkisi  78,6 qramdır. Həmçinin telefonun iki SİM kart dəstəkləyən variantı mövcuddur. “Nokia 215” qara, ağ və yaşıl rəngli korpuslarda təklif edilir.

Yeni model bu ilin birinci rübündə Yaxın Şərq, Afrika, Asiya və Avropada satışa çıxarılacaq. Satış qiyməti 29 ABŞ dolları təşkil edəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı