Cib smart-proyektoru SPro təqdim olunub Yanvar 06, 2015 | 11:51 / Texnoloji yeniliklər

“ZTE” şirkəti CES 2015 sərgisində yeni smartfonla yanaşı, öz yeni portativ intellektual DLP-proyektoru SPro-nu (Smart Projector) təqdim edib.

3dnews.ru saytının məlumatına görə, yığcam ölçüsü ilə fərqlənən yeni qurğunu asanlıqla cibə yerləşdirmək olar. SPro kiçik ekranla və əlavə qurğulardan istifadə etmədən təqdimatları nümayiş etdirməyə imkan verən Android 4.2 Jelly Bean əməliyyat sistemi ilə təchiz edilmişdir.

SPro 1 Gb əməli yaddaş, 4 Gb daxili yaddaş, 1,2 GHs Qualcomm Snapdragon ikinüvəli prosessoru və Gorilla Glass şüşəli 4 düymlü WVGA displeylə təchiz edilmiş kompüterdir.

100 lümen parlaqlığa malik olan proyektor 10-dan 120 düymə qədər diaqonalla təsviri proyeksiya edə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı