“Seagate Seven” ən nazik portativ sərt diskdir Yanvar 05, 2015 | 11:54 / Texnoloji yeniliklər

“Seagate Technology” şirkəti 35 illiyi münasibətilə yeni məhsulunu təqdim edib. Şirkət 500 Gb tutuma malik “Seagate Seven”i  dünyanın ən nazik cib vinçesteri adlandırıb. Qalınlığı cəmi 7 millimetr, çəkisi isə təxminən 90 qram olan qurğunu kompüterə qoşmaq üçün 5 Qbit/san-ə qədər ötürücülük qabiliyyəti olan USB 3.0 interfeysindən istifadə olunur.

3dnews.ru saytının məlumatına görə, daşıyıcı korpusu paslanmayan poladdan hazırlanıb. Yanvarın sonuna kimi satışa çıxarılacaq qurğunun qiyməti 100 ABŞ dolları təşkil edəcək.

Bundan başqa, Seagate Technology daxili naqilsiz Wi-Fi və akkumulyator batareyası ilə işləyən “Seagate Wireless” portativ sərt diskini də təqdim edib.

500 Gb tutuma malik olan sərt diski kompüterə qoşmaq üçün USB 2.0 tələb olunur. “Seagate Wireless” əsasən smartfon, fablet və planşet kimi mobil qadjetlərlə istifadə üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı