Yahoo “Apple Watch”a rəqib hazırlamağı planlaşdırır Dekabr 30, 2014 | 09:00 / Maraqlı məlumatlar

“Yahoo”nun növbəti ildə daşınan və digər mobil qurğuları bazara çıxaracağı istisna olunmur" – “Yahoo”nun mobil bölməsinin birinci vitse-prezidenti Adam Kaqan bildirib.

Onun sözlərinə görə, “Apple Watch” kimi daşınan qurğular, şirkətə növbəti ildə böyük imkanlar gətirəcək. Bundan başqa, şirkət adi məişət cihazlarının mobil qurğulardan idarəolunması üçün şəbəkəyə qoşulduğu “Əşyaların İnterneti” sahəsində irəliləyiş əldə etmək niyyətindədir.

hitech.newsru.com saytının məlumatına görə, hazırda ABŞ-ın texnologiya şirkəti “Yahoo” “Apple Watch” üçün öz xəbərlər aqreqatoru olan News Digest versiyasının hazırlanmasında fəal iştirak edir.

Xatırladaq ki, “Apple Watch”un 2015-ci ilin əvvəllərində kütləvi satışa çıxarılması nəzərdə tutulub. Eyni zamanda gələn ilin payızında digər rəqiblər – “Microsoft” “ağıllı” saat, “Sony” isə “SmartWatch 3”ü satışa çıxaracaq. “Sony”dən bildiriblər ki, şirkət mütəxəssisləri hazırda biləkdə daşınan elektron kağızdan qadjet  üzərində işləyirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı