Tim Kuk baş direktorlar reytinqində birinci olub Dekabr 26, 2014 | 12:00 / Maraqlı məlumatlar

“CNN Money” maliyə nəşrinin versiyasına görə, “Apple” şirkətinin direktoru Tim Kuk baş direktorların reytinqində birinci olub.

lenta.ru saytında bildirilir ki, “Apple”ın səhmləri cari ildə 40 faiz artıb. 2014-cü ildə onun rəhbərliyi altında şirkət iki “iPhone”, iki “iPad” və “Apple Pay” ödəmə sistemi daxil olmaqla bir sıra yeni məhsullar istehsal edib. Gələn il şirkət “Apple Watch” smart saatını bazara çıxarmağı nəzərdə tutur.

Bundan əvvəl Britaniyanın “The Financial Times” qəzeti onu 2014-cü ilin ən nüfuzlu iş adamı adlandırıb.

“BlackBerry”nin direktoru Con Çen isə baş direktorların reytinqində ikinci pilləni tutub.

“Microsoft”un yeni direktoru Satya Nadella üçüncü pillədə qərarlaşıb. Şirkət tarixində üçüncü baş direktor Nadella “Microsoft”un iş məhsuldarlığını artırmaq üçün yeni texnologiya kursu seçib: o, bir ildə şirkətin səhmlərini 25 faiz artırmağa nail olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.
 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı