“WhatsApp” messencerində səsli zənglər işə salınacaq Dekabr 25, 2014 | 03:42 / Maraqlı məlumatlar

Populyar “WhatsApp” messencerinin yeni versiyasının ekran görüntüləri “Android World” texnologiya bloqunda dərc edilib.

ICTnews elektron xəbər xidmətinin məlumatına görə, nəşr “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün “WhatsApp” messencerinin yeni versiyasının interfeysinin ekran görüntülərini dərc edib.

Bu görüntülərə əsaslanaraq demək olar ki, səsli danışıq zamanı ekranın mərkəzində abunəçinin avatarı, yuxarı hissədə cari zəngin davametmə müddəti və bu zəngin “WhatsApp” üzərindən edildiyi haqda informasiya qeyd ediləcək. Aşağıdakı düymənin köməyilə zəngi başlatmaq və bitirmək mümkün olacaq.

Messencerdə səsli zəng funksiyasının istifadəyə veriləcəyi tarix isə hələ bəlli deyil.

2014-cü ilin sentyabr ayında “WhatsApp” messencerindən istifadə edənlərin sayı 600 milyona çatıb. Səsli zənglərin işə salınması sözügedən xidmətə “Viber”, “Skype” və “Line” kimi şəbəkələrlə daha effektiv rəqabət aparmağa imkan verəcək.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı