“Skype”da problem aşkar olunub Dekabr 25, 2014 | 03:26 / Maraqlı məlumatlar

Skype” proqramının həmsöhbəti gizli müşahidə etməyə imkan verdiyi aşkar olunub. Belə ki, xidmət istifadəçisi sadə müdaxilələr etməklə xəttin digər tərəfindəki abunəçini dinləyə və izləyə bilər. Bunun üçün ikinci abunəçi Android sistemini dəstəkləyən qurğudan istifadə etməlidir.

cnews.ru saytının məlumatına görə, “imkan”dan yararlanmaq üçün Skype proqramı olan 2 qurğu lazımdır. Şəbəkəyə qoşulmuş hər iki qurğuda abunəçi A eyni Skype hesabına daxil olmalıdır. Abunəçi A Android sistemli qurğudan istifadə edən abunəçi B-yə zəng edərkən abunəçi A zəng edən qurğunu şəbəkədən ayırır.

Sonra abunəçi B-nin Android-qurğusu abunəçi A-nın öz hesabına daxil olduğu ikinci qurğuya avtomatik zəng edəcək.

Abunəçi A zəngə cavab verdikdə qurğular arasında səs və videobağlantı qurulacaq. Bununla da, o, xəttin digər tərəfində baş verənləri eşidə və görə biləcək. İkinci həmsöhbətin izləndiyindən xəbərsiz olma ehtimalı var.

Bu haqda Ponkers adlı istifadəçi Reddit sosial saytında bildirib. O, bu çatışmazlığı şəxsi həyatının toxunulmazlığına böyük önəm verən insanların “kabus”u adlandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı