"Samsung" autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün proqram hazırlayıb Dekabr 25, 2014 | 11:23 / Texnoloji yeniliklər

"Samsung" şirkətinin "Look At Me" adlı yeni proqramı autizm xəstəliyindən əziyyət çəkən uşaqlara ətrafdakı insanlarla rahat ünsiyyətdə olmağı öyrədəcək. Qeyd edək ki, həmin uşaqlar yaşıdları və doğmaları ilə söhbət etməkdən çəkinirlər.

hitech.newsru.com saytının məlumatında bildirilir ki, həkimlər və alimlərin iştirakı ilə hazırlanmış proqram uşaqlara göz təması qurmağı, həmçinin ətrafındakı insanların mimika və emosiyalarını anlamağı oyun formasında öyrətmək üçün nəzərdə tutulub.

Məsələn, uşaq anasının şəklini çəkdikdə proqram ona şəxsin emosiyalarını üzündə əks etdirməyə kömək edəcək. "Look At Me", həmçinin uşaqlara öz hisslərini sərbəst ifadə etməyi öyrənməyə imkan verir.

"TechCrunch"-un apardığı sınağın nəticələrinə görə, səkkiz həftə ərzində bu prosesdə iştirak etmiş uşaqların 60%-i daha yaxşı göz təması qurmağı öyrənib.

“YouTube”a yerləşdirilmiş videogörüntüyə əsasən,  "Look At Me" proqramının sınaq iştirakçılarından biri 11 yaşlı Conq-Xıun Kin ətrafdakıların gözünə baxmağı öyrənməklə yanaşı, ünsiyyət bacarığını da əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı