2014-cü ildə təşkilatlardan məxfi məlumatların oğurlanması sürətlənib Dekabr 25, 2014 | 10:24 / Maraqlı məlumatlar

"Zecurion" şirkətinin tədqiqatlarında bildirilir ki, 2014-cü ildə təşkilatlardan məxfi məlumatların oğurlanması sürətlənib.

Analitiklər qeyd edirlər ki, İnternet bu itkilərin ən çox yayıldığı vasitədir (26,7%). Bu il elektron poçt və fləş-kartlar vasitəsilə yayılan itkilərin sayı isə stabil azalaraq müvafiq olaraq 7,8 və 6,1% təşkil edib.

www.gazeta.ru saytının məlumatına görə, hakerlər daha çox pərakəndə şəbəkələr (17,8%),  dövlət təşkilatları (16,8%) və tibbi məntəqələrin (16,5%) məxfi məlumatlarını əldə etməyə can atırdılar.

Bu il informasiya itkilərinin vurduğu ümumi ziyan 17,782 milyard dollar təşkil edib. 2013-cü ildə isə bu rəqəm daha böyük idi: 25,11 milyard dollar. Hər bir itkinin orta zərəri 25,51 milyon dollar təşkil edirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı