539
Gənc tədqiqatçı “Ətraf Mühit Problemləri: Sosial Sülhə Təsir Et” adlı kursda iştirak edib İyul 08, 2024 | 10:07 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Məleykə Paşayeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP)  dəstəyilə “Environment Key Global” qlobal gənclər təşkilatının təşkil etdiyi “Ətraf Mühit Problemləri: Sosial Sülhə Təsir Et” adlı kursda iştirak edib.  

M.Paşayeva kursun “I İqlim Dəyişikliyi Elm Sertifikatı” sessiyasını uğurla başa vurub. Tədqiqatçı həmçinin “Environment Key Global” təşkilatı tərəfindən keçirilən “İqlim dəyişikliyi: elmdən fəaliyyətə” vebinarının imtahanından keçərək sertifikat əldə edib.   

Qeyd edək ki, 500-dən çox mütəxəssisin iştirak etdiyi kurs çərçivəsində iqlim dəyişikliyi: elmdən fəaliyyətə, iqlim dəyişiklikləri və onun səbəbləri, gələcək iqlim və təsirlər, ətraf mühitin idarə edilməsinə dair qanunları gücləndirmək və s. kimi aktual mövzularda məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı