“Intel” naqilsiz daşınan qurğu və kompüterlərin yaradılması üzərində işləyir Dekabr 24, 2014 | 10:49 / Texnoloji yeniliklər

Intel” korporasiyası International CES 2015 sərgisi çərçivəsində çıxış edəcəyi təqdimatın mövzusunu açıqlayıb. Sərgidə əsas mövzulardan biri müasir dövrdə getdikcə daha böyük populyarlıq qazanan və eyni zamanda vüsət alan daşınan qurğularla bağlı olacaq.

Bundan əlavə, yeni nəsil intellektual və robotlaşdırılmış sistemlə əlaqədar məsələlərə də toxunulacaq. Burada “Intel”  çox güman ki, süni ağıl sahəsindəki son yeniliklər haqqında məlumat verəcək.

Və nəhayət, “Intel” kompüterləri naqillərdən maksimum azad edəcək yeniliklərdən də danışacaq. 3dnews.ru saytının məlumatına görə, söhbət enerjinin naqilsiz ötürülməsi vasitələrindən, həmçinin kontentin fərdi kompüterdən monitora naqilsiz üsulla yayımını nəzərdə tutan Wire-Free konsepsiyasından gedir.

Qeyd edək ki, CES 2015 sərgisi 6-9 yanvar Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı