287
Elmi jurnallarda indeksləndirmə və xülasələndirmə məsələlərinə dair müzakirələr aparılıb İyun 25, 2024 | 11:24 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin keçirilən növbəti onlayn iclasda institutun Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşları Dilbər Əlizadə və Firudin Əsgərovun həmmüəllifi olduqları “Elmi jurnallarda indeksləndirmə və xülasələndirmə məsələləri ” mövzusunda məruzə dinlənilib.

Mövzuya dair çıxış edən D.Əlizadə elmi jurnalların sayının günü-gündən artdığını, belə olduğu halda jurnallarda indeksləndirmə və xülasələndirmə məsələlərinin aktuallaşdığını qeyd edib.

“Jurnalın indeksləndirilməsi onun keyfiyyətinin göstəricisidir” – deyən məruzəçi bildirib ki, jurnalların indeksləndirilməsi onun daha geniş auditoriya üçün əlçatan olmasını, reputasiyasının və jurnala müraciətlərin artmasını, eyni zamanda gələcəkdə nüfuzlu bazalara daxil olmasını təmin edir.

D.Əlizadənin sözlərinə görə, xülasələndirmə dedikdə, verilənlər bazası vasitəsilə əldə oluna bilən jurnalın metadatası nəzərdə tutulur. Xülasələndirmə platformaları isə WorldCat, CrossRef, Google Scholar kimi sistemləri ehtiva edir. Bu platformalar heç bir qiymətləndirmə aparmır, yalnız jurnalların biblioqrafik verilənlərini özündə əks etdirir.

O, bildirib ki, DOAJ (Directory of Open Access Journals) və EBSCO kimi bazaları həm indeksləndirmə, həm də xülasələndirmə platforması kimi qəbul etmək olar. Onlar jurnallara müəyyən kriteriyalar tətbiq etsələr də, İmpact Factor, Journal Citatiton İndicator, CiteScore və s. bazalar kimi hər hansı bir  qiymətləndirmə təqdim etmirlər.

Tədqiqatçı saxta qiymətləndirmə indekslərindən də söz açaraq onların“yırtıcı jurnallar”a aid olduqlarını deyib. Diqqətə çatdırıb ki, ilk saxta qiymətləndirmə indeksi - qlobal impakt faktor (ing. Global İmpact Factor) 2012-ci ildə yaradılmışdır. 2013-cü ildə isə akademik cəmiyyətə CiteFactor və universal impakt faktor (UIF, Universal İmpact Factor) adı ilə daha 2 saxta keyfiyyət göstəricisi təqdim edilmişdir. Müəllif elmi jurnallarda indeksləndirmə və xülasələndirmə məsələlərinə diqqət etməklə elmi əsərinin daha keyfiyyətli jurnallarda nəşr olunmasına nail ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı