“Sındırılması” mümkün olmayan kredit kartları hazırlanacaq Dekabr 22, 2014 | 02:07 / Texnoloji yeniliklər

“Şəxsiyyət oğurluğu” və kredit kartları ilə əlaqədar dələduzluqla mübarizə texnologiyalarının müəllifləri olan Hollandiya tədqiqatçıları, kredit kartları və rəqəmsal şəxsiyyət vəsiqələri üçün kvant fizikasının qeyri-adi effektlərindən istifadə olunduğu, təhlükəsizliyin təmin olunmasının yeni sistemi - “ağır silah”ı kəşf ediblər.  

dailytechinfo.org saytının məlumatına görə, təhlükəsiz kvant autentifikasiyası (quantum-secure authentication, QSA) adlı texnologiyanın əsasını “sındırılması” mümkün olmayan kvant açarı rolunda çıxış edən kart və ya şəxsiyyət vəsiqəsinə əlavə olunmuş xüsusi zolaq təşkil edir.

QSA - təhlükəsizliyin təminatı kvant sistemi bu qaydada işləyir: fotonlarının müəyyən kvant xüsusiyyətlərə malik olduğu lazer işığı karta cızılmış zolaqda olan nanozərrəcikləri işıqlandırır.

Mahiyyətini yalnız fizika, kvant fizikası və digər oxşar sahələrdə fəaliyyət göstərən alimlik dərəcəsinə malik olan bir neçə insanın anlayacağı ən mürəkkəb kvant proseslərinin məcmusunun təsiri hesabına fotonların eyni zamanda bir neçə yerdə mövcud ola biləcəyi işığı əks etdirən unikal obraz yaradılır.

Bu obraz həm surətini çıxarmaq, həm də ixtisaslaşdırılmış avadanlıq olmadan görməyin mümkün olmadığı unikal identifikatordur.

Yeni texnologiya ilk baxışdan çətin görünsə də, onun reallaşdırılması artıq mümkün texnologiyalar, elm və texnikanın hazırki inkişaf səviyyəsində təsəvvür ediləndir. QSA texnologiyasının köməyilə yaxın gələcəkdə şəxsiyyət vəsiqəsi və ya kredit kartının itirilməsi onların sahibi üçün  heç bir problem yaratmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı