Cari ilin ən mühüm məqalələri Dekabr 22, 2014 | 11:47 / Maraqlı məlumatlar

Ən məşhur onlayn ensiklopediya olan "Vikipediya" da “Twitter”, “Facebook”, “Google”, “YouTube” və “Yandeks”dən sonra  2014-cü ilin ən vacib hadisələrinin icmalını təqdim edib.

hitech.newsru.com saytının məlumatına görə, "Wikimedia Foundation" təşkilatının dəstəyilə hazırlanmış videoçarxda 2014-cü ilin ən mühüm hadisələri öz əksini tapıb. Məqalələr seçilərkən oxucuların hazırladığı kontent və redaktələr nəzərə alınıb.

Vikipedia oxucularını maraqlandıran mövzuların siyahısı gözlənildiyi kimi olub. Videoçarxda Ukraynada baş verən faciəvi hadisələr, Malayziya "Boinq"inin qəzaya uğraması, Soçidə keçirilən Olimpiya oyunları, Braziliyada futbol üzrə Dünya Çempionatı, Şotlandiyada müstəqillik haqqında referendum, Fergüsondakı (ABŞ) nümayişlər, Meksikada tələbələrin kütləvi şəkildə oğurlanması və digər olaylar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı