658
Bulud əsaslı veb xidmətlərin təhlükəsizliyinin təmin olunması məsələləri ilə bağlı müzakirələr aparılıb May 24, 2024 | 09:18 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstutunda “Bulud əsaslı veb xidmətlərin təhlükəsizliyinin təmin olunması məsələləri” haqqında məruzə dinlənilib.

Məruzəni təqdim edən institutun baş mütəxəssisi Səməd Dursunov bulud əsaslı veb xidmətlər göstərən provayderlər və onların təhlükəsizlik məsələlərinin təmin edilməsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bulud əsaslı veb xidmətləri göstərən provayderlərə AWS, Microsoft Azure, Google Cloud Platform, Alibaba Cloud və s. aiddir.

Amazon Web Services (AWS) haqqında söz açan tədqiqatçı onun fiziki şəxslərə, şirkətlərə və hökumətlərə tələb üzrə bulud texnologiyaları təqdim edən şirkət olduğunu diqqətə çatdırıb. AWS bütövlükdə (Google Cloud Platform ilə yanaşı) bulud hesablamaları konsepsiyasının formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş və ictimai yerləşdirmə modelinin inkişafının əsas istiqamətlərini müəyyən etmişdir.

S.Dursunov AWS xidmətinin 2006-cı ildə yaradıldığını və geniş ictimaiyyətə 3 xidmət qismində təqdim olunduğunu qeyd edib: “Amazon Simple Storage Service” (Amazon S3), “Amazon Simple Queue Service (Amazon SQS)” və “Amazon Elastic Compute Cloud (Amazon EC2)”.

Sonra o, nəzərə çatdırıb ki, “AWS Shield” – AWS üzərində işləyən tətbiqlər üçün paylanmış hücumdan (DDoS) mühafizəni təmin edən xidmətdir. Bu xidmətin “AWS Shield Standard” və “AWS Shield Advanced” növləri mövcuddur. “AWS Shield Standard” heç bir əlavə ödəniş etmədən bütün AWS istifadəçiləri üçün avtomatik olaraq aktivləşdirilir. “AWS Shield Advanced” isə daha mürəkkəb və irimiqyaslı hücumlara qarşı işləyən tətbiqlər üçün təkmilləşdirilmiş müdafiəni təmin edən ödənişli xidmətdir.

Tədqiqatçının sözlərinə görə, “AWS Shield Standard” avtomatik olaraq AWS-də işləyən veb tətbiqləri, infrastruktur səviyyəsində ən çox yayılan TCP/SYN flood kimi hücumlarından, eləcə də UDP flood hücumlarından qoruyur. “AWS Shield Standard” tərəfindən qoruna bilən resursların sayında heç bir məhdudiyyət yoxdur.

Daha sonra S.Dursunov “AWS Security Hub” haqqında bəhs edib. Bildirib ki, “AWS Security Hub” bulud əsaslı təhlükəsizlik vəziyətinin idarə edilməsi (CSPM) xidmətidir. “AWS Security Hub” ən yaxşı təhlükəsizlik təcrübəsini sınaqdan keçirir, xəbərdarlıqları birləşdirir və problemlərin avtomatlaşdırılmış həllini təmin edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı