Tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə uyğun aparılacaq Dekabr 22, 2014 | 09:00 / Mühüm hadisələr

Son zamanlar stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatının təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür. Belə ki, 1 yanvar 2015-ci il tarixdən etibarən tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı yalnız müvafiq olaraq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı” moduluna və “Nümunəvi Tibbi İnformasiya Sistemi”nə daxil ediləcək.

Eyni zamanda gün ərzində daxil olunan məlumatın çap edilərək arxivləşdirilməsi təmin ediləcək. Bu məqsədlə 25 dekabr tarixinədək müvafiq tibbi heyətə təlimlər keçirilir.

Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən göstərilir.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı