760
İnstitutun şöbə müdiri proqramlaşdırma üzrə beynəlxalq konfransda çıxış edib May 22, 2024 | 04:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova Ukraynanın Kiyev şəhərində hibrid formatda keçirilən “Proqramlaşdırma üzrə XIV beynəlxalq elmi və praktiki konfrans”da (Fourteenth International Scientific and Practical Programming Conference, UKRPROG-2024) iştirak edib.

G. Nəbibəyova konfransda “Neyron şəbəkələrinin OLAP sistemlərində tətbiqi” (Application of neural networks in OLAP systems) mövzusunda məruzəsini təqdim edib. Onun sözlərinə görə, tədqiqatın əsas məqsədi OLAP və neyron şəbəkələrinin inteqrasiyasının mümkünlüyünü, eləcə də bu inteqrasiyanın intellektual məsələlərin həllində təsirini öyrənmək və arxitektur-texnoloji modeli hazırlamaqdan ibarətdir.  

O, öz çıxışında OLAP sistemlərinin əsas xüsusiyyətlərindən bəhs edib. Neyron şəbəkələrinin süni intellekt metodu olduğunu bildirərək onun növləri haqqında məlumat verib. Həmçinin OLAP və neyron şəbəkələrinin inteqrasiyasına dair işlənilmiş arxitektur-texnoloji modeli təqdim edib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı