457
E-dövlətdə xidmət keyfiyyətinin qiymətləndirilməsi üçün təklif olunan metodun eksperimental yoxlanılması aparılıb May 07, 2024 | 03:48 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Big Data analitikası və Data Mining problemləri, eləcə də  e-elmin formalaşması və elmmetriya problemləri üzrə  fəaliyyət göstərən  şöbələrin “E-dövlətdə xidmət keyfiyyətinin qiymətləndirilməsi üçün təklif olunan metodun eksperimental yoxlanılması” mövzusuna həsr olunmuş növbəti birgə seminarı keçirilib.

Məruzəni təqdim edən institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Günay İskəndərli tədqiqat işində təklif olunan metodun e-dövlət xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsinin müəyyən olunması və dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mərhələlərindən ibarət olduğunu bildirib.

G.İskəndərli ilk mərhələ üzrə görülmüş işlər haqqında məlumat verərək, bu məqsədlə şərhlərin toplandığını, onların ilkin emalının həyata keçirildiyini və sentiment analizinin aparıldığını, o cümlədən vətəndaşların hər bir dövlət orqanından məmnunluq səviyyəsinin təyininin həyata keçirildiyini deyib. Məruzəçinin sözlərinə görə, hər bir dövlət orqanının təqdim etdiyi xidmətlərin pozitiv və neqativ çəkisindən istifadə etməklə, vətəndaşların dövlət orqanlarından məmnunluq səviyyəsi müəyyən olunur.

O, qeyd edib ki,  dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün aparılmış eksperiment zamanı sözlər arasında yaxınlığın təyini həyata keçirilmiş, müxtəlif siniflər üzrə şərhlərin və illər üzrə şərhlərin sayı, illər üzrə neqativ və pozitiv çəki əmsalı, o cümlədən illər üzrə ilk 10 söz müəyyən edilmişdir.

Məruzə ilə bağlı müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Aparılmış eksperimentlərin nəticələri yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı