857
İnstitutun baş elmi işçisi Fərqanə Abdullayeva Praqa şəhərində elmi ezamiyyətdə olub May 03, 2024 | 09:58 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 8-12 aprel 2024-cü il tarixlərində Praqa şəhərində elmi ezamiyyətdə olub. O, GEANT Assosiasiyasının təşkil etdiyi “Təhlükəsizlik Günləri” seminarında iştirak edib.

Ezamiyyət Azərbaycan Elm Fondunun “Sosial kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” qrant layihəsi çərçivəsində baş tutub. Görüş zamanı F. Abdullayeva qrant layihəsi çərçivəsində nəzərdə tutulmuş məsələlər və yerinə yetirilmiş işlər barədə danışıb.

Məruzəçi sosial kiber-fiziki sistemlərin fərdi məlumatlar seqmentinin konseptual modelinin işlənməsinin, sosial kiber-fiziki sistemlərdə toplanan fərdi məlumatların konfidensiallığına yönəlmiş kibertəhlükələr və onların analizinin aparılmasının, enerji təchizatı şəbəkəsinin intellektual kontrollerlərində toplanan fərdi məlumatların məxfiliyinin qorunması üsulunun işlənməsinin, şəhər nəqliyyatının sosial kiber-fiziki tənzimlənməsi sistemlərində toplanmış fərdi məlumatların kiberhücumlardan mühafizəsi üsulunun işlənməsinin, fişinq saytları vasitəsilə fərdi məlumatların təhlükəsizliyini hədəfə alan təhdidlərə qarşı mübarizə üsulunun işlənməsinin, sosial mediada dezinformasiya fəaliyyətlərinin aşkarlanması üçün maşın təlimi metodunun işlənməsinin müsbət nəticələr verə biləcəyini və bu istiqamətdə birgə tədqiqatların aparılmasının zəruri olduğunu vurğulayıb.

Məruzə ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr əsasən sosial kiber-fiziki sistemlərin kiberhücumlardan mühafizəsi müxanizmləri, bu mühitdə toplanan fərdi məlumatların qorunması yolları, fişinq hücumlarınına qarşı müdafiə və dezinformasiyanın aşkarlanması üsulları ətrafında olub.

Sonra layihə çərçivəsində əldə olunmuş nəticələr müzakirə olunub, rəy və təkliflər səsləndirilib. Görüşün yekununda tərəflər birgə elmi əməkdaşlıq üçün maraqlı olduqlarını bildiriblər, gələcəkdə bu istiqamətdə birgə tədqiqatların aparılması və layihələrin işlənilməsinin vacibliyini qeyd ediblər. Gələcəkdə aparılacaq birgə tədqiqatlar nəticəsində əldə olunmuş metod və alqoritmlər sosial kiber fiziki sistemlərdə toplanan fərdi məlumatların effektiv qorunmasına imkan verəcəyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı