701
İnstitutun əməkdaşlarına “Clarivate Analytics” şirkəti tərəfindən sertifikat təqdim olunub Aprel 17, 2024 | 01:43 / Mühüm hadisələr

Xəbər verdiyimiz kimi, 3 aprel 2024-cü il tarixində İnformasiya Texnologiyaları İnstitutunda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkəti tərəfindən elmi jurnalların redaktorları və məsul katibləri üçün təlim keçirilib. Təlimdə institutun baş elmi işçisi,  “Problems of Information Society” jurnalının məsul redaktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və baş elmi işçi,  “Problems of Information Technology” jurnalının məsul redaktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat da iştirak ediblər.

Ş.Mahmudova və L.Suxostata “Web of Science” elmmetrik bazasında yerli elmi jurnalların indekslənməsi və onların beynəlxalq nüfuzunun yüksəldilməsi mövzularını əhatə edən təlimdə iştiraka görə sertifikat təqdim olunub.

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılara yerli elmi jurnalların beynəlxalq səviyyədə tanınması və uğurlu elmi jurnalların sayının artırılması üçün zəruri vasitələr barədə məlumat verilib, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı