548
Ətraf mühitin rəqəmsal marketinq dəyişikliklərinə təsiri ilə bağlı tədqiqatlar aparılır Aprel 17, 2024 | 08:00 / Konfranslar, iclaslar

Yaşıl marketinq ekoloji problemləri nəzərə alan rəqəmsal marketinq üçün dayanıqlı yanaşmadır. Bu yanaşma məhsul və xidmətin dizaynından tutmuş istehsal proseslərinə qədər ekoloji cəhətdən təmiz təcrübələri, həmçinin marketinq və paylama strategiyalarını əhatə edir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin növbəti elmi seminarında institutun baş mütəxəssisi Kəmalə Haşımova məlumat verib.

Seminarda “Ətraf mühitin rəqəmsal marketinq dəyişikliklərinə təsiri: yaşıl marketinq” mövzusunda məruzə ilə çıxış edən K.Haşımova yaşıl marketinqin rəqəmsal marketinqlə sıx bağlı olduğunu qeyd edib. O, XX əsrin sonlarından etibarən təmiz məhsul və xidmətlərə tələbatın artması ilə bağlı olaraq ekoloji problemlər konsepsiyasının inkişaf etdiyinə diqqət çəkərək, son illərdə ekoloji marketinqin istehlakçı davranışında əhəmiyyətli yer tutduğunu da vurğulayıb.

“Su qıtlığı, elektrik israfı və çirklənmə səviyyəsinin artması səbəbindən yaranan problemlər, yaşıl marketinq təcrübələri nəzərə alınmaqla öz həllini tapmalıdır”, - deyən K.Haşımova bildirib ki, bu problemləri süni intellektin köməyi ilə aradan qaldırmaq mümkündür.

Məruzəçinin sözlərinə görə, yaşıl marketinq müştəri dəyərini müəyyən etmək, məhsulları istehlakçı məlumatı ilə uyğunlaşdırmaq üçün ekspert rəylərinə əsaslanır. K.Haşımova uğurlu biznes strategiyasının vacib komponenti olan rəqəmsal marketinqin geniş hədəf seçimləri, daha az xərclər, qiymətləndirməyə imkan verən nəticələr, özəlləşdirilmə və s. kimi əsas üstünlüklərindən bəhs edib. O, həmçinin  gələcək üçün daha effektiv yaşıl marketinq mərhələləri haqqında məlumat verib. Qeyd edib ki, yaxın gələcəkdə istehsalçılar ətraf mühiti çirkləndirməyən, eləcə də onu qoruyan və mövcud ziyanı aradan qaldırmağa kömək edən ekoloji cəhətdən təmiz məhsullar təklif etməlidirlər. 

Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyalarına əsaslanan yaşıl marketinq strategiyalarının qəbul edildiyini deyən məruzəçi istehlakçıların ekoloji problemlərə dair məlumatlılığının artdığını, müəssisələrin isə ətraf mühitə təsirləri minimuma endirmək üçün məhsullarını və istehsal üsullarını süni intellektə əsaslanaraq yenidən işlədiklərini bildirib. Əlavə edib ki, bu gün dünyada ətraf mühitin qorunması üçün addımlar atılır, təkrar emal edilə bilən və uyğun materiallardan istifadə olunur.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı