706
AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Türkiyənin Dokuz Eylül Universitetində elmi ezamiyyətdə olub Aprel 17, 2024 | 09:17 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Azərbaycan Elm Fondunun Əsas qrant müsabiqəsinin qalibi olmuş “Sosial kiber fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” adlı layihə çərçivəsində Türkiyənin İzmir şəhərində elmi ezamiyyətdə olub.

25-29 mart 2024-cü il tarixlərində Dokuz Eylül Universitetinin “Kompüter elmləri” kafedrasında baş tutan görüşdə kafedranın yaradıcısı professor Əfəndi Nəsiboğlu və kafedra müdiri professor Murat Erşen Berberler iştirak ediblər.

Görüş çərçivəsində R.Alıquliyev universitetin Tinaztepe kampusu və kafedranın fəaliyyəti ilə yaxından tanış olub. Prof. Ə.Nəsiboğlu universitetin strukturu və “Kompüter elmləri” kafedrasının yaranma tarixi, kadr potensialı, tədris və tədqiqat istiqamətləri barədə danışıb.

Daha sonra AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev İnformasiya Texnologiyaları İnstitutunun strukturu, elmi potensialı və tədqiqat istiqamətləri haqqında məlumat verib. Alim qrant layihəsi çərçivəsində nəzərdə tutulmuş məsələlər və indiyə qədər yerinə yetirilmiş işlər barədə görüş iştirakçılarını məlumatlandırıb. O, həmçinin rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat istiqamətlərini diqqətə çatdırıb.

Növbəti gün Ramiz Alıquliyev “Kompüter elmləri” kafedrasının seminarında “Big data analitika: imkanları, növləri, alətləri və problemlər” mövzusunda icmal xarakterli məruzə ilə çıxış edib. Məruzə ətrafında geniş müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Qrant layihə çərçivəsində böyük verilənlərin analizi sahəsində indiyədək alınmış elmi nəticələr və onların nüfuzlu jurnallarda çap olunması seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Müzakirələrdə çap olunmuş məqalələrdə təklif edilmiş alqoritmlərin müxtəlif obyektlərdə toplanmış böyük verilənlərin analizi məsələlərinin həllində geniş perspektivlər vəd etdiyi vurğulanıb.

Növbəti günlərdə kaferdranın əməkdaşları ilə fərdi və ya kollektiv formada görüşlər və müzakirələr aparılıb. Müzakirələr nəticəsində hər iki tərəfi maraqlandıran ortaq mövzular müəyyənləşdirilərək gələcəkdə birgə tədqiqatların aparılmasına dair razılıq əldə olunub.

Ezamiyyətin yekununda tərəflər elmi əməkdaşlıq üçün maraqlı olduqlarını bəyan ediblər, gələcəkdə müvafiq istiqamətdə birgə tədqiqatların aparılması, layihələrin işlənməsi, konfransların təşkili və kadrların hazırlanmasının vacibliyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı