807
Nüfuzlu beynəlxalq jurnal institut əməkdaşının elmi ekspertiza fəaliyyətini yüksək qiymətləndirib Aprel 16, 2024 | 04:27 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovaya nüfuzlu “Springer Nature” akademik nəşriyyatının “Soft Computing” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı təqdim olunub. Ş.Mahmudova cari ildə jurnalın redaksiyasına daxil olmuş 9 məqaləyə rəy verib.

“Web of Science” elmi bazasına daxil olan jurnal təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir. Jurnalın impakt faktoru 4.1-ə bərabərdir.

“Soft Computing” jurnalı “SCOPUS”, “Springerlink”, “DBLP”, “INSPEC”, “EBSCO”, “Science Citation Index Expanded”, “EI Compendex” və s. kimi tanınmış beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı